Ermənistan-İran sərhədində Rusiya bayraqları yığışdırılıb
Dünya
259
14:41, Bu gün

Ermənistan-İran sərhədində Rusiya bayraqları yığışdırılıb

Ermənistan-İran dövlət sərhədində yerləşən sərhəd postlarından Rusiya bayraqları yığışdırılıb.
 
Oxu.Az-ın xəbərinə görə, bu barədə erməni jurnalist Tatul Akopyan özünün "Facebook" səhifəsində yazıb.
 
"Aqaraka gedən yolda, eləcə də Araz çayının sahili ilə Şvanidzora gedən yolda bir dənə də olsun Rusiya bayrağı yoxdur", - deyə o bildirib.
 
"Axırıncı dəfə burada təxminən ayyarım əvvəl olmuşam və üçrəngli Rusiya bayrağını görmüşdüm. Anladığım qədəri ilə, Rusiya bayraqları Ermənistan-İran sərhəd postlarından yığışdırılıb və yalnız erməni bayraqları qalıb", - deyə o əlavə edib.
Link kopyalandı!
Son xəbərlər