Bizi sosial şəbəkələrdən izləyin:
Suriya prezidenti Əhməd əş-Şəraa fevralın 4-də Türkiyəyə səfər edəcək.
Moderator.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun sosial şəbəkə hesablarında məlumat verib.
"Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şəra prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 4-də Ankaraya səfər edəcək. Danışıqlar zamanı Suriyadakı son hadisələr müzakirə olunacaq, iqtisadiyyatın bərpası, Suriyada davamlı sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün iki ölkənin atmalı olduğu birgə addımlar qiymətləndiriləcək", - F. Altun “X” platformasında yazıb.