Putin Tramp haqqında danışdı, Avropa liderlərinə sərt ifadələr işlətdi - VİDEO
Dünya
1528
15:23, Bu gün

Putin Tramp haqqında danışdı, Avropa liderlərinə sərt ifadələr işlətdi - VİDEO

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampın Avropada sürətlə qayda-qanun yaradacağını bildirib.
 
O, Trampın gəlişi ilə Avropa elitalarının "sahiblərinin qarşısında dayanıb quyruq bulayacaqlarını" vurğulayıb.
 
Putin keçmişdə Avropa liderlərinin  öz ideyaları uğrunda mübarizə aparmağa cəsarətləri olduğunu, lakin bu gün belə siyasətçilərin qalmadığını qeyd edib.
 
"Avropa elitaları daha çox Co Baydeni bəyənirdi, lakin Trampın "nə yaxşıdır, nə pisdir" mövzusunda fərqli baxışları var”, – deyə Rusiya lideri əlavə edib.
 

 

Link kopyalandı!
Son xəbərlər