Meksika ABŞ-a cavab olaraq əlavə rüsumlar tətbiq edəcək
Dünya
212
09:26, Bu gün

Meksika ABŞ-a cavab olaraq əlavə rüsumlar tətbiq edəcək

Meksika ABŞ-nin ölkəyə qarşı tətbiq etdiyi əlavə rüsumlara cavab olaraq rüsum və başqa yollarla cavab verəcək, lakin dialoqa açıq qalır və Amerika lideri Donald Trampa vəziyyəti həll etmək üçün işçi qrupu yaratmağı təklif edir.
 
APA xəbər verir ki, bunu ölkənin prezidenti Klaudiya Şeynbaum deyib.
 
"Mən İqtisadiyyat nazirinə Meksikanın maraqlarını qorumaq üçün əlavə rüsum və başqa tədbirləri özündə əks etdirən “B” planını həyata keçirməyi tapşırıram. Biz Ağ Evin ərazimizə hər hansı müdaxiləsini və cinayət təşkilatları ilə əlaqədə ittiham olunan Meksika hökumətinə qarşı böhtanı qəti şəkildə rədd edirik", - deyə dövlət başçısı bildirib.
Link kopyalandı!
Son xəbərlər