Mask ABŞ Maliyyə Nazirliyini terrorçulara ödəniş etməkdə ittiham edib
Dünya
644
09:04, Bu gün

Mask ABŞ Maliyyə Nazirliyini terrorçulara ödəniş etməkdə ittiham edib

İlon Maskın rəhbərlik etdiyi ABŞ Hökumətinin Səmərəliliyi İdarəsi (DOGE) ABŞ Maliyyə Nazirliyinin fırıldaqçı təşkilatlara və terror qruplarına ödənişləri təsdiqlədiyini müəyyən edib.
 
Mask bunu şənbə günü öz “X” səhifəsində açıqlayıb.
 
"DOGE komandası, digər şeylərlə yanaşı, aşkar etdi ki, ABŞ Xəzinədarlıq Departamentində ödənişlərin təsdiqlənməsinə cavabdeh olan məmurlara, hətta məlum fırıldaqçı və terror qrupları olsa belə, həmişə ödənişləri təsdiqləmək tapşırılıb. Onlar bütün karyeralarında sözün əsl mənasında heç vaxt ödənişdən imtina etməyiblər. Bir dəfə də olsun", - o bildirib.
Link kopyalandı!
Son xəbərlər