Türkiyənin Danimarkadakı səfirliyi qarşısında Quran yandırıldı
Dünya
202
01:09, Bu gün

Türkiyənin Danimarkadakı səfirliyi qarşısında Quran yandırıldı

İfrat sağçı "Sərt Kurs" partiyasının lideri Rasmus Paludan Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Quranı yandırıb.
 
O, videonu "X" səhifəsində yerləşdirib.
 
Tədbirin Quranı yandırmaqla məşhurlaşan və bugünlərdə qətlə yetirilən Salvan Momikanın xatirəsini yad etmək üçün keçirildiyi bildirilib.
 
Qeyd edək ki, "Sərt Kurs" partiyası İslama qadağa qoyulmasını və bütün qeyri-qərb miqrantların deportasiyasını tələb edir.

 

Link kopyalandı!
Son xəbərlər