19 il əvvəlki qətlin üstü açıldı: öldürüb meşədə basdırıblar
Dünya
1265
17:40, Bu gün

19 il əvvəlki qətlin üstü açıldı: öldürüb meşədə basdırıblar

Türkiyədə 19 il əvvəl baş verən dəhşətli qətlin üstü açılıb.
 
Yerli media bildirir ki, Muğla rayon polisi 2006-cı ildə Fəthiyə qəsəbəsində itkin düşən Yasəmən Dərməncinin araşdırmasına yenidən başlayıb. Araşdırmalar zamanı o vaxt 17 yaşında olan Dərməncinin silahla öldürülərək basdırıldığı məlum olub. Nəticədə hadisədə şübhəli bilinən 40 yaşlı Tursun Karabulut və 44 yaşlı Ömer Dalbudak saxlanılıblar.
 
Onlar törətdikləri əməli etiraf ediblər. Karabulut bildirib ki, Yasəmən Dərməncini o vaxt arvadı ilə münasibətləri olmasından şübhələndiyi üçün öldürüb. Daha sonra meyiti basdırmaq üçün Dalbudakdan kömək istəyib. Onlar birlikdə yeniyetmənin meyitini meşəlik əraziyə apararaq, basdırıblar.
 
Karabulutun göstərdiyi yerdə qazıntılar aparılıb və tapılan insan qalıqları DNT müayinəsinə göndərilib.
 
Hazırda araşdırma aparılır. /Lent.az/
 
Link kopyalandı!
Son xəbərlər