Almaniyanın keçmiş prezidenti vəfat etdi
Dünya
414
15:19, Bu gün

Almaniyanın keçmiş prezidenti vəfat etdi

Almaniyanın 9-cu prezidenti Horst Köhler 81 yaşında vəfat edib.
 
Moderator.az bu barədə Almaniya prezident ofisinin saytına istinadən məlumat verir.
 
Məlumata görə, 2004-2010-cu illərdə Almaniya prezidenti vəzifəsini icra edən prezident Horst Köhler bu gün səhər saatlarında ağır xəstəlikdən dünyasını dəyişib.
 
Horst Köhler 23 may 2004-cü ildə Almaniyanın 9-cu prezidenti seçilib və 2009-cu ildə keçirilən seçkilərlə vəzifəsini davam etdirib. Lakin o, 2010-cu il martın 31-də səhhətində yaranan problemlə əlaqədar tutduğu vəzifədən istefa verib.
 
Link kopyalandı!
Son xəbərlər