ABŞ-də təyyarə qəzasının səbəbləri ilə bağlı ilkin versiya açıqlanıb
Dünya
383
08:39, Bu gün

ABŞ-də təyyarə qəzasının səbəbləri ilə bağlı ilkin versiya açıqlanıb

ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində oksigen balonları partlamış ola bilər.
 
Bu barədə “Fox News” telekanalının efirində Filadelfiya radiosunun aparıcısı Riç Zeoli bildirib.
 
"Filadelfiya Polis Departamentindəki mənbələrim deyir ki, bu, tibbi təyyarə olduğu üçün oksigen yanacaqla qarışa bilərdi. Bu, gördüyümüz (qəza yerində -red) böyük alov şarına səbəb ola bilərdi", - o deyib.
 
Federal Aviasiya Administrasiyasının (FAA) məlumatına görə, “Learjet 55” yanvarın 31-də yerli vaxtla saat 18:30-da (Bakı vaxtı ilə fevralın 1-i 03:30-da) Filadelfiyanın şimal-şərqindəki hava limanından qalxdıqdan sonra qəzaya uğrayıb. Hadisə zamanı təyyarədə iki nəfər olub.
 
Təyyarə Filadelfiyanın şimal-şərqindəki hava limanından qalxdıqdan 30 saniyə sonra 1600 fut (487 metr) yüksəklikdə radarlardan itib. CBS telekanalı hüquq-mühafizə orqanlarına istinadən xəbər verib ki, təyyarə yaşayış binalarına çırpılıb.
 
Məlumata görə, hadisədən sonra Kottman prospekti və Ruzvelt bulvarı ərazisində bir neçə ev yanıb.
Link kopyalandı!
Son xəbərlər