Trampın Yaxın Şərqdə
Dünya
617
11:44, Bu gün

Trampın Yaxın Şərqdə "sülh" planı: Qəzzanın taleyi necə olacaq?

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq siyasəti hər zaman mübahisələrə yol açıb. Onun regiona dair yeni iddiaları isə daha da böyük rezonans doğurub. Tramp Qəzza bölgəsində yaşayan fələstinlilərin Misir və İordaniyaya köçürülməsini təklif edib. Lakin bu planın arxasında təkcə “humanitar” məqsədlərin olmadığı aydındır. ABŞ-ın Qəzzanı boşaltmaqla Yaxın Şərqdə hansı yeni siyasi düzəni formalaşdırmağa çalışdığı sual doğurur. 
Bu barədə  Moderator.az-a  danışan politoloq Zeynal Əmrəliyev qeyd edib ki, ABŞ prezidenti Donald Tramp Qəzza bölgəsində yaşayan fələstinlilərin Misir və İordaniyaya köçürülməsini istəyir:
“ O, bu fikri  İordaniya kralı 2 - ci Abdullahla telefon danışığı zamanı səsləndirib. Tramp bunu onunla əsaslandırır ki, Qəzza artıq xarabalığa dönüb, orda salamat bina mövcud deyil.  Gələcəkdə İsrailin buranı yenidən bombalamayacağı barəsində də təminat da yoxdur. Təbii ki, Qəzzanı boşaltmaq da ABŞ - nin  tamam fərqli məqsədləri var”.
Politoloqun sözlərinə görə,  İsrail nə qədər hava əməliyyatında uğur qazansa da Qəzzada quru əməliyyatında eyni bacarığı göstərə bilmir:
 “Həmas uzun müddətdir ki, bölgədə gizli tunellər yaradıb və bu, silahlıların əsas gizlənmə yerləri sayılır. Həmən tunellər  durduqca və Həmas Qəzzada varlığını saxladıqca İsrailə qarşı  müqavimət hərəkətı davam edəcək. Buna görə də Həması bitirməyin ən asan yolu Qəzzanı sökməkdir. İkinci bir məsələ isə İsrailin bu bölgə də  kütləvi şəkildə yəhudi yaşayış məskənləri salmaq siyasətindən gedir. Tramp Misir və İordaniyaya təklif edir ki, Qəzzadakı fələstinli qaçqınlar qəbul edilsin və burda onlar üçün yeni yaşayış sahələri salınsın.  Bu isə faktiki olaraq fələstinliləri öz torpaqlarından məhrum etməkdir. Qəzza boşaldıqdan sonra İsrailin bura yerləşəcəyi aydın məsələdir. Trampın bu təşəbbüslə çıxış etməsindəki üçüncü səbəb isə müstəqil Fələstin dövlətinin yaranmasına mane olmaqdır. Qəzza vilayəti Fələstin dövlətinin iddia etdiyi iki bölgədən biridir. Digəri isə hazırda Fələstin Muxtariyyətinin mərkəzi hökumətinin yerləşdiyi İordan çayının qərb sahilləridir. Çayın şərq sahillərində İsrail tərəfindən yəhudi yaşayış məskənləri salınıb və artıq ABŞ bu ərazini yəhudi torpağı kimi tanımağa çalışır. ABŞ - ın BMT - dəki nümayəndəliyindən verilən açıqlamada bildirilib ki, bu torpaqlar müqəddəs kitablarda İsrailə vəd edilib və buna görə də ona çatmalıdır”.
Politoloq  xatırladıb ki, Donald Tramp keçən prezidentliyi dövründə Qüdsü İsrailin paytaxtı kimi tanınmışdı:
“Bundan əvvəl də Netanyahu komandasından  verilən açıqlamada   müstəqil Fələstin dövlətinin yaradılması yerinə İsrailin nəzarətində Fələstinə muxtariyyət verilməsi ideyası səsləndirildi. Qəzzanın Fələstinin nəzarətindən çıxırılması və insanların köçürülməsi də elə buna hesablanmış addımdır. Ancaq əsas məsələ budur ki, Misir və İordaniyaya Trampın təklifinə qarşı çıxır. İordaniya vəziyyəti onunla əsaslandırır ki, artıq 2 milyon fələstinliyə sığınacaq verib. Misir isə iqtisadi vəziyyətinin ağırlığını əsas gətirir. Qahirənin xarici borcu son illər xeyli artıb. Misir prezidenti Əbdülfəttah Əl - Sisi Qırmızı dənizdə Misirə məxsus məskunlaşma olmayan 2 adanın - Tiran və Sanafirin Səudiyyə Ərəbistanına verilməsi haqqında 2017 - ci ildə imzalanmış müqaviləni təsdiqləyib. Ehtimal ki, adalar krallığa məhz maliyyə qarşısında verilib. İndi isə Misir xarici borclarının silinməsi şərti ilə yeni fələstinli qaçqınları ölkəsinə qəbul edə bilər. Qəzzanın boşaldılması mümkün olsa da  prosses uzun müddətli və olduqca əziyyətli bir işdir. Trampın 4 illik hakimiyyəti buna çatacaqmı, bunu zaman göstərəcək”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər