Bizi sosial şəbəkələrdən izləyin:
İsveçin paytaxtı Stokholmda Quran yandırma aksiyalarının təşkilatçısı Salvan Momik güllələnərək öldürülüb.
Moderator.az xəbər verir ki, bu barədə İsveçin SVT telekanalı məlumat yayıb.
Sabah Stokholm Məhkəməsi nifrətin qızışdırılması ittihamı üzrə hökm çıxarmalı idi. Amma təqsirləndirilənlərdən birinin ölümü təsdiqləndiyi üçün hökmün elanı təxirə salınıb.
İstintaqa təhlükəsizlik xidməti cəlb olunub və bir neçə nəfər saxlanılıb.
Salvan Momik İsveçə 2018-ci ildə İraqdan gəlib, 2021-ci ildə üç illik yaşayış icazəsi alıb. 2024-cü ilin yayında onun müvəqqəti yaşayış icazəsi bir il müddətinə uzadılıb. İsveç prokurorları Momiki nifrəti qızışdırmaqda ittiham edib. İraqlı 2023-cü ilin yayında Stokholmda dörd dəfə Quranın yandırılmasına görə ittiham olunub.