Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Aleksandr Lukaşenkonu Belarusda keçirilən son prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
Moderator.az xəbər verir ki, bu barədə TASS xəbər agentliyi məlumat yayıb.
Türkiyə lideri Ankara ilə Minsk arasında əməkdaşlığın möhkəmlənəcəyinə əminliyini bildirib.
“Əminəm ki, ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə mövcud əməkdaşlıq birgə səylərimiz sayəsində qarşıdakı dövrdə daha da möhkəmlənəcək”, - təbrikdə qeyd olunub.
Ərdoğan Lukaşenkoya cansağlığı və xoşbəxtlik, dost Belarus xalqına isə firavanlıq arzulayıb.
Xatırladaq ki, Aleksandr Lukaşenko son prezident seçkilərində 5 milyon 136 min 293 seçicinin dəstəyini qazanaraq qalib gəlib.
Bu, ümumi seçicilərin 86,82 faizini təşkil edib.