ABŞ digər ölkələrə yardımı dayandırmaqla 1 milyard dollar qənaət edib
Dünya
1909
30 Jan 2025 | 00:46

ABŞ digər ölkələrə yardımı dayandırmaqla 1 milyard dollar qənaət edib

ABŞ-nin digər ölkələrə yardımının dayandırılması Vaşinqtona 1 milyard dollardan çox lüzumsuz xərclərdən qaçmağa imkan verib.

Bu barədə Dövlət Departamentinin bəyanatında deyilir.

“Bu ilkin mərhələdə ölkənin gündəliyinə uyğun olmayan məqsədlər üçün 1 milyard dollardan çox xərcləmənin qarşısı artıq alınıb. Daha əvvəl elan edilmiş 90 günlük ABŞ-ın digər ölkələrə yardımının dayandırılması və nəzərdən keçirilməsi artıq ABŞ üçün dividendlər gətirir. Biz lazımsız xərcləri aradan qaldırırıq”, - bəyanatda deyilir. 

Vurğulanıb ki, son illərdə Ukraynaya göstərilən səxavətli dəstək nəzərə alınmasa, Birləşmiş Ştatlar hər il başqa ölkələrə yardım üçün təxminən 70 milyard dollar xərcləyir.

 

(Report)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər