Dünya
1624
29 Jan 2025 | 21:41

"Bu, Ermənistanın Avrasiya bazarını bağlayacaq" - Overçuk

"İrəvan bilir ki, Ermənistanın Avropa İttifaqına qoşulması onun Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmasına və bu ölkə üçün Aİİ bazarının bağlanmasına gətirib çıxaracaq".
 
Musavat.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.
 
"Burada həll yolu çox açıqdır. Avropa İttifaqı ilə bazarların açılması Avrasiya İqtisadi İttifaqı ilə bazarların bağlanması demək olacaq. Əks halda Avrasiya İqtisadi İttifaqındakı istehsalçılarımız zərər görəcək, bu, göz qabağındadır", - deyə Overçuk qeyd edib.
 
Onun sözlərinə görə, Ermənistan üçün Aİ ilə idxal gömrük tariflərinin sıfırlanması avtomatik olaraq Aİİ ilə gömrük və gömrük tariflərinə qayıtmaq deməkdir.
 
“Hazırda Ermənistanda hakim şəxslər iddia edirlər ki, guya hansısa həll yolunu tapmaq mümkün olacaq, lakin onlar yumşaq desək, erməni xalqını çaşdırırlar”, - deyə Rusiya nümayəndəsi qeyd edib.
 
Overçuk Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin uzun sürəcəyini deyib və Ermənistan parlamentində bu məsələ ilə bağlı dinləmələrin nəticələrini gözləməyə çağırıb.
Link kopyalandı!
Son xəbərlər