Eks-nazir Paşinyanı devirməyə çağırdı
Dünya
1716
29 Jan 2025 | 18:53

Eks-nazir Paşinyanı devirməyə çağırdı

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan baş nazir Nikol Paşinyanı devirməyə çağırıb.
 
Modern.az xəbər verir ki, Oskanyan bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib.
 
O qeyd edib ki, Nikol Paşinyanın Ermənistanın lideri kimi fəaliyyətini milli fəlakətdən başqa bir şey adlandırmaq olmaz.
 
“Paşinyanın hakimiyyətdə qalması təkcə siyasi məsələ deyil, həm də milli fövqəladə haldır. Onun rəhbərliyində daim alçaldılma, məğlubiyyət və tənəzzül dövrü olub. O, lider kimi yox, gücdən ümidsizcəsinə yapışan adam kimi idarə edir. Ermənistan artıq onun uğursuzluqlarına dözə bilmir. O, hakimiyyətdə nə qədər çox qalsa, bir o qədər ziyan vurar. Bəhanələrin vaxtı bitdi. Paşinyan Ermənistanın ləyaqəti, təhlükəsizliyi və gələcəyi naminə getməlidir”.
Link kopyalandı!
Son xəbərlər