Çinin neft və qaz hasilatı ilk dəfə ildə 400 milyon tonu keçib
Dünya
1515
28 Jan 2025 | 22:41

Çinin neft və qaz hasilatı ilk dəfə ildə 400 milyon tonu keçib

Çinin neft və təbii qaz hasilatı 2024-cü ildə ilk dəfə olaraq 400 milyon ton ekvivalentini ötüb.
 
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çinin energetika məsələləri üzrə Dövlət İdarəsi məlumat yayıb.
 
Hesabatda qeyd olunur ki, 2023-cü illə müqayisədə artım təxminən 10 milyon tondur. Hasilat ardıcıl səkkizinci aydır ki, bu sürətlə artır.
 
Məlumata görə, ötən il neft hasilatı 1,8 % artaraq 213 milyon tona çatıb. Xüsusilə, şist neft hasilatı 30 %-dən çox artaraq 6 milyon ton təşkil edib.
Link kopyalandı!
Son xəbərlər