Bizi sosial şəbəkələrdən izləyin:
"Rusiya Prezidenti Vladimir Putin Trampı aldatmağın yolunu bilir".
Moderator.az axar.az-a istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidentinin sabiq milli təhlükəsizlik müşaviri Con Bolton deyib.
Onun sözlərinə görə, bu, Ukrayna münaqişəsinin həlli üçün təhlükəli şərtlərlə doludur:
“Tramp Ukrayna münaqişəsini və Yaxın Şərqdəki müharibəni geridə qoymaq niyyətindədir. Bunun Ukrayna üçün nə ilə nəticələnəcəyindən narahatam. Çünki nizamlanma şərtlərinin necə olduğu sizi maraqlandırmırsa, o zaman Putinin Trampa təsir göstərməyə çalışacağına şübhəm yoxdur. O, buna necə nail olacağını bilir. Putin Trampı necə aldatmağı bilir və hesab edirəm ki, bu, Ukrayna üçün çox təhlükəlidir”.