Makronun həyat yoldaşının transseksual olması barədə araşdırma elan edildi
Dünya
597
24 Jan 2025 | 23:40

Makronun həyat yoldaşının transseksual olması barədə araşdırma elan edildi

"Brijit Emmanuelin gənclik illərində teatr müəllimi olub və aralarında 39 yaş fərqi var..."
 
Amerikalı jurnalist Kendis Ovens Fransa prezidenti Emmanuel Makrondan təhdid məktubu alıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Express Tribune" nəşri yazıb.
 
Məqalədə deyilir ki, Kendis Ovens Emmanuel Makronun həyat yoldaşının transseksual olması ilə bağlı bəyanatlarına görə hüquqi məsuliyyətə cəlb olunmaqla təhdidlərinə cavab verib.
 
Nəşr yazır ki, Ovens araşdırma apararaq Makronun həyat yoldaşı Brijit Makronun kişi olduğunu sübut edib. Bu açıqlamadan sonra dərhal reaksiya gəlib. Sağçı siyasi baxışlara malik olan Kendis Ovens Fransa prezidenti Emmanuel Makron və həyat yoldaşı Brijitin ona göndərdiyi hüquqi məktuba öz cavabı ilə müzakirələrə səbəb olub.
 
Ovensin Brijit Makronun kişi olaraq doğulması ilə bağlı iddialarına cavab olaraq göndərilən məktub ictimai mübahisələrə yol açıb. Ovens buna qarşı sərt mövqe nümayiş etdirərək Makronu onu qorxutmağa çalışmaqda ittiham edib və ifadə azadlığını müdafiə edəcəyini bildirib. Jurnalist cümə günü "X" sosial media platformasında açıqlama paylaşaraq onu qorxutmağın mümkün olmadığını vurğulayıb. "Məni susdura bilməzsiniz, cənab Makron. Söz azadlığımı əlimdən almağa heç bir haqqınız yoxdur".
 
Ovens həmçinin Brijit Makronun keçmişi ilə bağlı apardığı araşdırmanın qarşısını almaq üçün cütlüyün hüquqi təhdidlərdən istifadə etdiyini iddia edib. O, noyabr ayında bu iddiaları dəstəkləyən sübutlara malik olduğunu bildirən bir jurnalistlə əlaqə saxladığını və dekabr ayında Avropaya səyahət edərək həmin jurnalistlə iki saatdan çox görüşüb təqdim olunan materialları araşdırdığını açıqlayıb.
 
Ovens qeyd edib ki, həmin jurnalistlə əlaqədən cəmi on gün sonra Makronlardan hüquqi təhdid məktubu alıb. "Bu məktubun məqsədi bizi qorxutmaq və 30 yanvar üçün planlaşdırılan araşdırmamızın dərcini əngəlləmək olub", - o, bildirib.
 
Jurnalist məktubu ictimaiyyətə açıqlayacağını və təhdidlərə boyun əyməyəcəyini qeyd edib. Ovens həmçinin Taker Karlson, Endryu Teyt və Alek Cons kimi tanınmış şəxsləri qeyd edərək, bu məsələdə geniş dəstək aldığını vurğulayıb.
 
"YouTube"-da yayımlanan son videoda Ovens daha kəskin çıxış edərək Brijit Makronu "cənab" adlandırıb və qeyd edib ki, onun apardığı iş sadə insanların dəstəyinə əsaslanır. Ovens Makronların mövqeyini şübhə altına alaraq onların məsələyə münasibətinin qeyri-səmimi olduğunu iddia edib.
 
Brijit Makronun iddiaları təkzib etməsinin kifayət qədər sübut sayılması ilə bağlı məktubdakı bir hissəni tənqid edən Ovens bu yanaşmanın hüquqi əsasdan uzaq olduğunu söyləyib. O, Makronlarla birbaşa əlaqə yaratmaq imkanını əldə etdiyini bildirərək, bu fürsətdən istifadə edəcəyini və onlara narahatlıq yaradan suallar verəcəyini qeyd edib.
 
Kendis Ovens Makronların münasibət tarixinə də toxunaraq Emmanuel Makronun 46, Brijit Makronun isə 70 yaşında olduğunu, onların münasibətlərinin mənəvi cəhətdən şübhəli olduğunu vurğulayıb. O, Brijit Makronun Emmanuelin gənclik illərində onun teatrv müəllimi olması və aralarındakı 39 yaş fərqini də müzakirəyə çıxarıb.
 
Ovensin bu açıqlamaları və apardığı araşdırma həm mediada, həm də ictimaiyyətdə böyük diqqət cəlb edib. Makron cütlüyünün reaksiyası isə müzakirələrin daha da qızışmasına səbəb olub.
Link kopyalandı!
Son xəbərlər