Türkiyədə 78 nəfərin ölümünə səbəb olan otelinin sahibi həbs edilib
Dünya
532
24 Jan 2025 | 21:59

Türkiyədə 78 nəfərin ölümünə səbəb olan otelinin sahibi həbs edilib

Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda baş verən yanğında 78 nəfərin öldüyü “Grand Kartal” otelinin sahibi və meneceri məhkəmə qərarı ilə həbs edilib.

Moderator.az xəbər verir ki, məlumatı “HaberGlobal” yayıb.

Qeyd olunub ki, otel sahibi Halit Ergül və menecer Emir Aras cinayət işi üzrə istintaq çərçivəsində həbs edilib.

Türkiyənin dağ-xizək kurortunda baş verən yanğınla bağlı aparılan istintaq çərçivəsində ümumilikdə 14 nəfər saxlanılıb.

İstirahət mərkəzində yanğın yanvarın 21-nə keçən gecə baş verib. Yanğın zamanı oteldə ümumilikdə 238 qonaq olub.

Link kopyalandı!
Son xəbərlər