Tramp Kennedinin ölümü ilə bağlı məxfi sənədləri açmağa hazırlaşır: Ailədən reaksiya
Dünya
548
24 Jan 2025 | 17:25

Tramp Kennedinin ölümü ilə bağlı məxfi sənədləri açmağa hazırlaşır: Ailədən reaksiya

Con Kennedinin nəvəsi Cek Şlosberq ABŞ-nin hazırkı Prezidenti Donald Trampın babasının ölümü ilə bağlı faktların məxfiliyinin açılması haqqında fərmanından narazılığını bildirib.
 
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "The New York Post" xəbər yayıb.
 
"Məxfilikdən çıxarılma - Kennedinin yanında olmadığı zaman ona cavab zərbəsi vurmaq üçün siyasi dayaq kimi istifadə edilməsidir. Bunda heç bir qəhrəmanlıq yoxdur", - deyə keçmiş prezidentin nəvəsi bildirib.
 
Şlosberq, həmçinin 22 noyabr 1963-cü ildə Dallasda babasının faciəli ölümü ilə bağlı faktların dərc edilməsinin yeni sui-qəsd nəzəriyyələrinin yaranmasına səbəb ola biləcəyindən narahatlığını ifadə edib.
 
"İndi o məşum gündəki atışmanı hamı unudub", - deyə Şlosberq bildirib.
 
Qeyd edək ki, rəsmi araşdırma Con Kennedinin qətlinin kitabxananın altıncı mərtəbəsinin pəncərəsindən atəş açan tək qatil Li Harvi Osvald tərəfindən törədildiyi qənaətinə gəlib. Lakin bir çox amerikalı hələ də bu versiyaya şübhə ilə yanaşır və qətldə xüsusi xidmət orqanlarının və ya mafiyanın əli olduğunu düşünür.
 
Kennedinin ailəsi isə hesab edir ki, ABŞ-nin 35-ci prezidentinin ölümü planlaşdırılmış sui-qəsdin deyil, bədbəxt hadisənin nəticəsidir.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər