İraq ABŞ-İran təmaslarında vasitəçilik etməyə hazırdır
Dünya
485
23 Jan 2025 | 20:30

İraq ABŞ-İran təmaslarında vasitəçilik etməyə hazırdır

İraq lazım gələrsə, ABŞ və İran arasında təmaslarda vasitəçi kimi çıxış etməyə hazırdır.

Moderator.az xəbər verir ki, bu barədə İraqın xarici işlər naziri Fuad Hüseyn Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı bildirib.

“Bizim həm Vaşinqton, həm də Tehranla yaxşı əlaqələrimiz var. Bizdən xahiş edilsə, vasitəçi kimi çıxış etməyə hazırıq. Bu, Bağdadın, bütün regionun və beynəlxalq təhlükəsizliyin maraqlarına uyğun olacaq”, - o deyib.

Hüseynin sözlərinə görə, ABŞ-nin keçmiş prezidenti Cozef Baydenin administrasiyası artıq bu barədə İraq hakimiyyətinə müraciət edib və Bağdad İraqla Amerika arasında son görüşü təşkil edib.

Qeyd edək ki, ötən həftə İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin İranın nüvə proqramı üzrə 2015-ci ilin Birgə Hərtərəfli Fəaliyyət Planının şərtlərinə əməl etməyə qayıtmayacağına qədər Tehranın Vaşinqtonla danışıqlar aparmaq niyyətində olmadığını bildirib.

Link kopyalandı!
Son xəbərlər