Bizi sosial şəbəkələrdən izləyin:
"Rusiya və Ermənistan Xarici İşlər nazirliklərinin rəhbərləri Sergey Lavrov və Ararat Mirzoyan yanvarın 21-də Moskvada danışıqlar zamanı geniş spektrli məsələləri müzakirə ediblər".
Moderator.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə deyib.
“Söhbət səmimi idi, amma hər şey kamera qarşısında deyildi. Çox məsələlər bağlı qapılar arxasında müzakirə olundu. Danışıqlar üç saat bağlı qapılar arxasında keçdi, ona görə deyə bilərəm ki, həqiqətən də tərəflər üçün xüsusi əhəmiyyət kəsb edən bir çox məqamlar üzrə səmimi söhbət olub”, - deyə Zaxarova bildirib.