101 yaşlı qadın uzun ömür sürməyin sirlərini açıqlayıb
Dünya
522
01:09, Bu gün

101 yaşlı qadın uzun ömür sürməyin sirlərini açıqlayıb

"Gəncliyində Rut çılğın rəqqasə, həm də tennisçi olub, hazırda hər gün idmanla məşğul olmaqda davam edir..."
 
Nyu-York sakini olan 101 yaşlı qadın uzun və mənalı bir həyat yaşamaq üçün üç məsləhətini bölüşüb.
 
Moderator.az xəbər verir ki, bu barədə o, "Business Insider" nəşribə verdiyi müsahibədə bəyan edib.
 
Nyu-Yorkda yaşayan keçmiş müəllimə Rut Qoldberq Yaskov İkinci Dünya müharibəsi veteranı olan və 2023-cü ildə 103 yaşında vəfat etmiş həyat yoldaşı Lu Yaskovla evli olub. İndi isə Rut onun yaşını "ötmək" istəyir.
 
Uzunömürlülük qismən genetika ilə bağlı olsa da, həyat tərzinin müxtəlif aspektləri də mühüm rol oynaya bilər. Rut öz məsləhətlərini açıqlayıb.
 
Xoşbəxtlik
 
Amerikalı qadın yüzillik ömür sürmək istəyənlərə həyatın dadını çıxarmağı tövsiyə edir. O, vaxtını ailəsi ilə görüşlərə və zövq aldığı bəzək əşyaları hazırlamağa sərf etdiyini bildirib.
 
Əslində, bir neçə tədqiqat göstərib ki, xoşbəxt insanlar, adətən, daha sağlam olur. Xüsusilə ABŞ-da 2015-ci ildə xoşbəxtlik və uzunömürlülük mövzusunda aparılmış araşdırmalar bu fikri təsdiq edib.
 
Fəal qalmaq
 
"Sadəcə hərəkətdə qalmaq lazımdır", - Rut deyir. Bu yaşına baxmayaraq, o, hər gün idmanla məşğul olmaqda davam edir. Gəncliyində isə Rut həm çılğın rəqqasə, həm də tennisçi olub.
 
İstədiyini yemək
 
Rut bildirib ki, onun xüsusi bir pəhrizi yoxdur və daima müəyyən bir yemək yemir, bunun əvəzinə, sadəcə yeməkləri sevdiyi üçün istədiyini yeyir.
 
"Facebook"-da onun ad günü münasibətilə təbrik mesajı paylaşan qocalar evinin nümayəndələri yazıb: "101 yaşlı Rut Ella Qoldberq Yaskov yaşın, sadəcə, bir rəqəm olduğunu sübut edir. O, mərhum həyat yoldaşı Lu ilə 16 yaşında Mahopak gölündə yay romansı zamanı tanış olub. İkinci Dünya müharibəsi zamanı evləniblər", - onlar qeyd edib.
 
"Rut ən xoşbəxt gününün Lu müharibədən qayıtdıqdan sonra gəmi trapından enərkən onu gördüyü an olduğunu xatırlayır. Rutun həyata nikbin yanaşması onların 79 il birlikdə yaşamasına səbəb olub. Cütlük Rutun 96, Lunun isə 99 yaşı olanda Atriya Ray Bruka köçüb", - nümayəndələr yazıb.
 
"Orada onlar bir sıra xoşbəxt hadisələr sırasında 77-ci ildönümlərini qeyd edib. Lu 103 yaşında dünyasını dəyişənədək bir yerdə yaşayıblar. Hazırda Rut hər gün idmanla məşğul olaraq və ətrafındakıları ruhlandıraraq sevinc dolu həyatını davam etdirir. Onun şən ruhu hamımıza sübut edir ki, yaş, sadəcə, bir rəqəmdir".
Link kopyalandı!
Son xəbərlər