Tramp ölüm hökmünü bərpa etdi
Dünya
666
21 Jan 2025 | 17:18

Tramp ölüm hökmünü bərpa etdi

ABŞ prezidenti Donald Tramp federal səviyyədə ölüm cəzasının bərpası ilə bağlı sərəncam imzalayıb və bütün ştatlara öldürücü inyeksiya dərmanlarının kifayət qədər təchizatını təmin etməyi tapşırıb.
 
Moderator.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin saytında yazılıb.
 
“Birləşmiş Ştatların siyasəti tələb edir ki, ölüm cəzasına icazə verən qanunlara hörmət edilsin və tam şəkildə icra olunsun. Ölüm hökmlərinə maneçilik törədən siyasətçilərə və hakimlərə qarşı mübarizə aparılsın”, -deyə bildirilir.
 
Qeyd edilir ki, ABŞ Baş Prokurorluğu qanuna uyğun olaraq xüsusilə ağır cinayətlərə, o cümlədən asayiş keşikçisinin öldürülməsinə, habelə qeyri-qanuni mühacirlərin törətdiyi ağır cinayətlərə görə ölüm cəzası tələb etməlidir.Tramp həmçinin baş prokurora bütün ştatları öldürücü inyeksiyalarla təmin etmək üçün lazımi addımlar atmağı tapşırıb.
 
Link kopyalandı!
Son xəbərlər