16:27
8°C
Bakı
ABŞ Senatı Marko Rubionun dövlət katibi postuna namizədliyini təsdiq edib.
“Qafqazinfo” “CNN” telekanalına istinadən xəbər verir ki, 99 senator Rubionun namizədliyinin lehinə səs verib.
Əleyhinə çıxış edən olmayıb.
O bu vəzifədə Entoni Blinkeni əvəz edib.
Qeyd edək ki, 54 yaşlı Marko Rubio Mayamidə Kuba mühacirlərinin ailəsində dünyaya gəlib.