Bizi sosial şəbəkələrdən izləyin:
Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra Slovakiyanın Baş naziri Robert Fitso bildirib ki, Türkiyə öz ərazisində “əsas oyunçular” arasında danışıqlara ev sahibliyi edə və Ukrayna münaqişəsinə son qoya bilər.
Bu barədə Slovakiyanın “Teraz” portalı məlumat yayıb.
Slovakiyanın Baş naziri hesab edir ki, yüksək səviyyəli sülh danışıqları bu məsələdə tamamilə neytral olan və Beynəlxalq Cinayət Məhkəməsi ilə əlaqəsi olmayan ölkədə aparılmalıdır.