Dünya
268
20:29, Bu gün

"İsrail lazım gələrsə Qəzzada müharibəni bərpa edəcək" - Netanyahu

"Prezident Co Bayden və Donald Tramp İsrailin müharibəni bərpa etmək hüququnu tamamilə dəstəkləyib..."
 
Qəzza bölgəsində müharibə HƏMAS ilə yeni mərhələ üzrə razılaşmaların "nəticəsiz qalacağı" halda davam etdiriləcək. Döyüşlərin bərpası imkanı ABŞ tərəfindən dəstəklənib.
 
Moderator.az xəbər verir ki, bu barədə İsrail baş naziri Binyamin Netanyahu bəyan edib. Məlumatı "dw.com" nəşri yayıb.
 
Baş nazir qeyd edib ki, Qəzza bögəsində "lazım gələrsə" hərbi əməliyyatları bərpa etmək hüququnu özündə saxlayır.
 
"Müzakirələr zamanı bir neçə prinsip müəyyən etmişəm: birinci prinsip lazım gəldikdə hərbi əməliyyatları bərpa etmək imkanını saxlamaqdır", - deyə siyasətçi bildirib. O, qeyd edib ki, HƏMAS terror hərəkatı İsraildən israilli girovların azad edilməsi üçün "öncədən müharibəni dayandırmağı" tələb edib. "Mən bu şərtləri qəti şəkildə rədd etdim və mənim mövqeyim qəbul edildi", - deyə Netanyahu əlavə edib.
 
Eyni müraciətdə İsrail baş naziri bildirib ki, bu addımlar ABŞ prezidenti Co Bayden və yeni seçilmiş prezident Donald Trampın administrasiyaları tərəfindən dəstəklənib:
 
"Çərşənbə günü axşam prezident Tramp mənə zəng edərək razılaşma ilə bağlı təbrik edin və onun birinci mərhələsinin müvəqqəti atəşkəs olduğunu vurğulayıb. Prezident Tramp və prezident Bayden sövdələşmənin ikinci mərhələsi üzrə müzakirələrin nəticəsiz qalacağı təqdirdə İsrailin müharibəni bərpa etmək hüququnu tamamilə dəstəkləyib".
 
İsrail hərbi qüvvələri Filadelfiya dəhlizində qalacaq
 
Bundan əlavə, Benyamin Netanyahu bəyan edib ki, İsrail Müdafiə Ordusu Qəzza bölgəsi ilə Misir sərhədində yerləşən Filadelfiya dəhlizi bölgəsindəki kontingentini saxlayacaq: "Eşitdiyim müxtəlif məlumatlara rəğmən, biz
Filadelfiya dəhlizindəki qüvvələri nəinki azaltmayacağıq, hətta onları bir qədər də artıracağıq", - o,  əmin edib.
 
Netanyahu müharibənin bütün hədəflərinə çatmağı və bütün girovları qaytarmağı vəd edir
 
Netanyahunun sözlərinə görə, İsrail "müharibənin bütün hədəflərinə çatmağı" və "hamını evə qaytarmağı" qarşısına məqsəd qoyub. O, bildirib ki, indiyədək HƏMAS-ın əsirliyindən 157 girov azad edilib ki, onlardan 117-si sağdır. İsrail və Fələstin hərəkatı arasında əldə olunan razılaşmanın ilk mərhələsi çərçivəsində daha 33 israilli girov evlərinə qayıdacaq.
 
Xatırladaq ki, İsrail və HƏMAS arasında atəşkəs rejimi yanvarın 19-da qüvvəyə minməlidir. Razılaşmanın birinci mərhələsində HƏMAS 33 girovu azad etməli, İsrail isə 1904 fələstinli məhbusu həbsdən buraxmalıdır.
 
Orta Şərqdə münaqişənin gərginləşməsi
 
2023-cü il oktyabrın 7-də Orta Şərqdə vəziyyət kəskin şəkildə
gərginləşib. HƏMAS qruplaşması İsrailə genişmiqyaslı hücum təşkil edib.
 
Terrorçular İsrail ərazisinə raket zərbələri endirərək, ölkəyə soxulub və 1200 nəfəri qətlə yetirib. Döyüşçülər həmçinin 250-dən çox girovu əsir götürərək Qəzza zolağına aparıb. Girovların bir hissəsi dəyişdirilib və ya azad edilib, digərləri isə həlak olub.
 
Buna cavab olaraq İsrail HƏMAS-a müharibə elan edib. Yerüstü əməliyyatlar və Qəzza bölgəsinin bombardman edilməsi nəticəsində 47 mindən çox fələstinli həlak olub, 110 mindən çox insan yaralanıb.
Link kopyalandı!
Son xəbərlər