Dünya
496
17:21, Bu gün

"Fələstin xalqının böyük müqaviməti sionist rejimini təslim olmağa məcbur edib" - Abbas Araqçı

"Biz heç vaxt İranın qardaşlarımıza dəstək vermək üçün göstərdiyi yardımları unutmayacağıq..."
 
Fələstin xalqının son 15 ay ərzində sionist rejiminin soyqırımı və cinayətlərinə qarşı müqaviməti nəticədə onu təslim olmağa və atəşkəs razılaşmasını qəbul etməyə məcbur edib.
 
Moderator.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Araqçı Fələstin İslami-Cihad Hərəkatının baş katibi Ziyad ən-Nəhala ilə telefon söhbətində bəyan edib. Məlumatı "nournews.ir" nəşri yayıb.
 
Məlumatda deyilir ki, tərəflər Qəzzadakı son vəziyyət və atəşkəs razılaşması ilə bağlı məsələləri müzakirə edib.
 
Telefon söhbəti zamanı Araqçı Fələstin xalqını, sionist rejiminin son 15 ay ərzində həyata keçirdiyi soyqırım və dəhşətli cinayətlərə qarşı müqavimət göstərərək əldə etdiyi qələbə münasibətilə təbrik edib.
 
O, İran İslam Respublikasının Fələstin məsələsini və Fələstin xalqının sionist işğalçılara qarşı qanuni və legitim müqavimətini dəstəkləməkdə prinsipial və ardıcıl mövqeyini vurğulayıb.
 
Ziyad ən-Nəhala isə Qəzzadakı son vəziyyət və müvafiq siyasi hadisələrlə bağlı məlumat verərək, İran İslam Respublikasının Qəzza xalqına cəsarətli mövqeyini və dəstəyini yüksək qiymətləndirib.
 
"İslami- Cihad"ın baş katibi Fələstin xalqına dəstək verdiyi üçün İrana təşəkkür edərək bildirib: "Biz heç vaxt İran İslam Respublikasının qardaşlarımızı dəstəkləmək üçün göstərdiyi yardımları unutmayacağıq".
 
O, bildirib ki, Fələstin xalqının insan hüquqlarının, qanuni haqlarının əldə edilməsi, öz müqəddəratını təyin etmə hüququnun təmin olunması və işğaldan azad olunmaq uğrunda mübarizəsi bütün ciddiyyəti ilə davam edəcək.
 
Bundan öncə İsrail baş naziri Benyamin Netanyahu qeyd edib ki, Qəzza bölgəsində planlaşdırılan atəşkəs rejimi yalnız HƏMAS İsrailə azad ediləcək girovların siyahısını təqdim etdikdən sonra başlaya bilər.
 
İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi kontr-admiral Daniel Haqari isə bildirib ki, İsrail ordusu Qəzza bölgəsində terror obyektlərinə zərbələr endirməyə davam edir, çünki HƏMAS-ın öhdəlikləri yerinə yetirməməsi səbəbindən atəşkəs rejimi hələ qüvvəyə minməyib.
Link kopyalandı!
Son xəbərlər