Dünya
343
14:55, Bu gün

"Bayden son bir il ərzində ABŞ-ı idarə etməyib" - Mayk Conson

"Mən anladım ki, cənab prezident həqiqətən də imzaladığı fərmandan xəbərsiz olub..."

ABŞ Prezidenti Co Bayden son bir il ərzində əslində "ölkəni idarə etməyib".

Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın Respublikaçılar Partiyasından olan Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib. Məlumatı  "The Free Press" nəşri "Honestly" podkastına istinadən yazıb.

 O, 2024-cü ilin əvvəlində baş verən və ABŞ-dan Avropa ölkələrinə mayeləşdirilmiş təbii qaz (MTQ) ixracına yeni icazələrin dayandırılması haqqında fərmanı Baydenlə müzakirə etmək istədiyi hadisəni xatırlayıb.

Conson Baydenlə şəxsi söhbət zamanı öyrənib ki, prezident öz fərmanından xəbərsizdir. O, bildirib ki, ABŞ prezidentindən MTQ-nin Avropaya ixracını niyə dayandırdığını soruşub və Bayden "bunu etmədiyini" bildirib.

Conson həmin vaxt vurğulayıb: "Cənab prezident, siz bunu etmisiniz. Bu, təxminən üç həftə əvvəl imzalanmış fərmandır". Lakin Bayden bunu inkar etməyə davam edib. Daha sonra Conson təklif edib ki, prezident katibindən fərmanı çap etməyi xahiş etsin ki, onu birlikdə oxuya bilsinlər.

Ancaq bundan sonra Bayden fərmanı imzaladığını xatırlayıb. Lakin, onun sözlərinə görə, fərman yalnız MTQ-nin ixracının təsirlərinin araşdırılmasına aid olub.

"Cənab prezident, Siz ixracı dayandırmısınız. Mən bunu bilirəm. Mənim ştatımda ixrac terminalları yerləşir. Mən öz ştatımdakı insanlarla danışmışam, bu gün səhər də danışmışam. Bu, bizim iqtisadiyyatımıza və milli təhlükəsizliyimizə böyük zərər vurur", - deyə Conson təkid edib.

Bu məqamda Nümayəndələr Palatasının spikeri anlayıb ki, Bayden yalan danışmır. O, həqiqətən imzaladığı fərmandan xəbərsiz olub. Məhz buna görə Conson son bir il ərzində ölkəni həqiqətən kimin idarə etdiyi barədə düşünməyə başlayıb.

Conson və onun bəyanatları ilə bağlı digər xəbərlər

Bundan öncə xəbər verilib ki, Mayk Conson ABŞ-ın Ukraynaya dəstəyini davam etdirməyə "həvəsli deyil". "Mən düşünürəm ki, Tramp Putinə zəng edəcək və bunun artıq kifayət olduğunu deyəcək", - Nümayəndələr Palatasının spikeri bildirib.

Bundan əlavə, Conson Ukraynanın Vaşinqtondakı səfirinin bir qalmaqallı vəziyyətlə bağlı vəzifədən azad olunmasını tələb edib. Bu məsələyə şəxsən Ukrayna prezidenti Vladimir Zelenski reaksiya verməli olub.

Link kopyalandı!
Son xəbərlər