ABŞ-ın moda evləri Melaniyadan imtina etdilər
Dünya
677
12:12, Bu gün

ABŞ-ın moda evləri Melaniyadan imtina etdilər

ABŞ-ın moda evləri Melaniya Trampı əri Donald Trampın andiçmə mərasimi üçün geyindirməkdən imtina ediblər.
 
Axar.az xəbər verir ki, bu barədə “Deyli Meyl” nəşri məlumat yayıb.
 
Məlumata görə, hətta gələcək birinci xanımın stilistini mağazaların birindən qovublar.
 
“Məşhur “Vogue” jurnalının baş redaktoru Anna Vintur Melaniya Trampın fotosunun jurnalın üz qabığında görünməsindən imtina edib. Halbuki, üz qabığında ABŞ-ın bütün birinci xanımlarının, hətta vitse-prezident Kamala Harrisin də fotosu olub”, - nəşr bildirib.
 
İmtinanın səbəbi açıqlanmayıb, amma mənbələr bunu Vinturun Trampla işləmək istəməməsi ilə əlaqələndirirlər.
 
Nəşr ABŞ-dakı 16 məşhur dizaynerə müraciət edib, lakin onların heç biri Melaniya Trampı geyindirməyəcəklərini qətiyyətlə bildiriblər.
Link kopyalandı!
Son xəbərlər