Bizi sosial şəbəkələrdən izləyin:
Volodimir Zelenskinin Rusiya qazının Ukrayna ərazisindən tranzitini dayandırmaq qərarı Slovakiyaya və Avropa İttifaqına ziyan vurur, əgər ona yenidən baxılmazsa, Bratislava cavab tədbirləri görəcək.
Bunu Almaniya kansleri Olaf Şoltzla telefon danışığından sonra respublikanın Baş naziri Robert Fitso bildirib.
“Almaniya tərəfinin xahişi ilə bu gün günortadan sonra kansler Şoltzla telefonla danışdım. Söhbət qazın tədarükü və tranziti ilə bağlı olub. Mən Slovakiya hökumətinin prinsipial mövqeyini təkrarladım. Zelenskinin Ukrayna ərazisindən qaz tranzitini dayandırmaq qərarı Slovakiyaya ciddi ziyan vurur və bütün Avropa İttifaqına milyardlarla avro zərər verir. Bu qərar ləğv edilməsə, Slovakiya cavab tədbirləri görəcək”, - Fitso “Facebook” hesabında yazıb.