Rusiyadan İrəvana uçan təyyarə təcili eniş etdi
1701
17 Jan 2025 | 23:02

Rusiyadan İrəvana uçan təyyarə təcili eniş etdi

Ermənistanın paytaxtı İrəvana uçan təyyarə kondisioner sistemindəki nasazlıq səbəbindən Rusiyanın Mineralnıye Vodı hava limanına məcburi eniş edib.
 
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
 
Məlumata görə, təyyarədə 86 sərnişin və 4 ekipaj üzvü olub.
 
Həmin təyyarənin "Red Wings" aviaşirkətinə məxsus olduğu bildirilib.
 
Qeyd olunur ki, uçuş Mineralnıye Vodıdan İrəvana həyata keçirilməli idi. Təyyarənin Zvartnots hava limanına enməsi Yerevan vaxtı ilə saat 23:25-ə (Bakı vaxtı ilə eynidir - red.) nəzərdə tutulub.
Youtube
Dəqiq xəbəri bizdən alın! Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər