BMT-nin Baş katibindən Trampa ZƏRBƏ 
1833
17 Jan 2025 | 07:30

BMT-nin Baş katibindən Trampa ZƏRBƏ 

BMT-nin Baş katibi Antonio Quterreş ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimində iştirak etməyi planlaşdırmır.
 
Bu barədə BMT-nin rəsmi nümayəndəsi Fərhan Haq deyib.
 
“ABŞ prezidentlərinin andiçmə mərasimində iştirak baş katiblər üçün müəyyən edilmiş praktika deyil”, - o bildirib.
 
Qeyd edək ki, Trampın andiçmə mərasimi yanvarın 20-də keçiriləcək. O, 2024-cü il noyabrın 5-də keçirilən prezident seçkilərində Demokratların namizədi, ABŞ-ın vitse-prezidenti Kamala Harrisi üstələyərək qalib gəlib.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər