Bizi sosial şəbəkələrdən izləyin:
Qətər HƏMAS-İsrail razılaşmasını təsdiqləyib.
Bu barədə Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani bildirib.
O HƏMAS və İsrailin Qəzza zolağında atəşkəsin əldə olunması və girovların azad edilməsi ilə bağlı razılığa gəldiklərini bəyan edib.
Onun sözlərinə görə, Qəzza zolağında atəşkəs razılaşması yanvarın 19-dan qüvvəyə minəcək. Girovların azad edilməsi razılaşmanın birinci mərhələsi olacaq. HƏMAS-ın ilk mərhələdə 33 girovu azad edəcəyi gözlənilir.
Bundan əvvəl "Əl-Qahira Əl-İxbariya" telekanalı mənbələrə istinadən məlumat yayıb ki, Qəzza zolağında atəşkəs razılaşması əldə olunub.
Məlumata görə, razılaşma vasitəçilərin bir neçə saatlıq gərgin fəaliyyətindən sonra bağlanıb.