Netanyahunun Ofisi: Qəzza danışıqlarında hələ də həll olunmamış məqamlar var
Dünya
239
15 Jan 2025 | 22:52

Netanyahunun Ofisi: Qəzza danışıqlarında hələ də həll olunmamış məqamlar var

Qəzza zolağında saxlanılan girovların azad edilməsi üzrə danışıqlar tamamlanmayıb və İsrail bu gecə qalan fikir ayrılıqlarını həll etməyə ümid edir.
 
Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun Ofisindən bildirilib.
 
“Hələ də həll olunmamış bir neçə bənd var və ümid edirik ki, təfərrüatlar bu gecə razılaşdırıla bilər”, - bəyanatda deyilir.
 
Ofis həmçinin qeyd edib ki, HƏMAS hərəkatının nümayəndələri İsrail qoşunlarının Filadelfiya dəhlizindən - Misirlə Qəzza zolağının sərhədindəki ərazisindən çıxarılması tələbindən imtina ediblər.
 
Bundan əvvəl "Əl-Qahira Əl-İxbariya" telekanalı mənbələrə istinadən məlumat yayıb ki, Qəzza zolağında atəşkəs razılaşması əldə olunub.
 
Məlumata görə, razılaşma vasitəçilərin bir neçə saatlıq gərgin fəaliyyətindən sonra bağlanıb.
Link kopyalandı!
Son xəbərlər