Hakan Fidan: Türkiyə Qəzzada atəşkəsi dəstəkləyir
Dünya
323
15 Jan 2025 | 21:54

Hakan Fidan: Türkiyə Qəzzada atəşkəsi dəstəkləyir

Türkiyə Qəzza zolağında atəşkəs razılaşmalarını dəstəkləyir, lakin bu barədə hələlik rəsmi məlumatı yoxdur.
 
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə birgə mətbuat konfransı zamanı bildirib.
 
"Yaxın saatlarda bu məsələ ilə bağlı rəsmi açıqlamalar alacağımızı gözləyirik. Türkiyə olaraq bu istiqamətdə istənilən addımı dəstəkləyirik, bu, regional sabitliyin təmin olunması üçün vacibdir", - türkiyəli nazir bildirib.
 
Fidan əlavə edib ki, Ankara 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan Fələstin Dövlətinin yaradılması ilə Yaxın Şərq probleminin iki dövlət əsasında həlli istiqamətində səylərini davam etdirəcək.
Link kopyalandı!
Son xəbərlər