Bizi sosial şəbəkələrdən izləyin:
"Mən eskalasiya üçün heç bir səbəb görmürəm, çünki Ermənistanın hər hansı problemlə bağlı təklifləri və həlli yolları var".
Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan deyib.
O, mətbuat konfransında bildirib: "Ermənistan balanslaşdırılmış siyasətlə öz sərhədlərinin təhlükəsizliyini və toxunulmazlığını təmin etməlidir. Biz təhlükəsizliklə bağlı bütün məsuliyyəti təkcə silahlı qüvvələrin üzərinə və ya yalnız bir tərəfdaşın üzərinə qoya bilmərik".
Nazir qeyd edib ki, Ermənistan və ABŞ arasında müdafiə sektorunda əməkdaşlıq tamamilə iki ölkə arasında bu yaxınlarda imzalanmış strateji tərəfdaşlıq sənədi çərçivəsindədir:
"Ermənistan və ABŞ müdafiə nazirlikləri arasında əməkdaşlıq mahiyyət etibarilə dəyişməyib. Əməkdaşlığımız yeni sənəd çərçivəsində, artıq sənədləşdirdiklərimiz çərçivəsində davam edəcək. Bir sıra sahələrdə irəliləyiş əldə etmişik. Bu əməkdaşlıqdan məmnunuq. Müsbət dinamika var".