Bizi sosial şəbəkələrdən izləyin:
Yanvarın 15-də Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan XİN-ə çağırılıb.
Moderator.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, buna səbəb cari il yanvarın 12-də Rusiyanın Ümumrusiya Dövlət Televiziya kanalında yayımlanan "Vesti nedeli" proqramında "Ermənistanın suverenliyi və ərazi bütövlüyünə qarşı süni şəkildə yaradılan narrativlər" olub.
"Görüş zamanı səfirə müvafiq etiraz notası təqdim edilib", - deyə məlumatda vurğulanıb.