Bizi sosial şəbəkələrdən izləyin:
İran nüvə proqramı ilə bağlı Rusiya ilə gizli danışıqlar aparır.
Bu barədə “The Times” qəzeti yazıb.
Nəşrin verdiyi xəbərə görə, İran nüvə proqramı və hava hücumundan müdafiə sistemləri ilə bağlı yardım almaq üçün Rusiya ilə gizli danışıqlar aparır.
Bildirilib ki, İranın ali dini lideri Xameneyinin baş müşaviri Əli Laricaninin Moskvaya gizli uçuşlar etməsi İran-Rusiya münasibətlərinin dərinləşməsindən və bir-birinə təsirinin artmasından xəbər verir. Qərb qorxur ki, Moskva “İranın nüvə proqramı ilə bağlı əvvəllər müəyyən edilmiş qırmızı xətləri keçməyə hazırdır, çünki Rusiya raket və dronların tədarükündə İrandan asılıdır”.
Mənbələr bildiriblər ki, Tehran "Hizbullah"ı yenidən silahlandırmaq üçün Kremldən maddi-texniki yardım da istəyib.