“Türk axını”na hücumda İngiltərənin əli var? - SAS tərəfindən koordinasiya edilib
Dünya
1055
09:40, Bu gün

“Türk axını”na hücumda İngiltərənin əli var? - SAS tərəfindən koordinasiya edilib

“Türk axını” qaz kəmərinə hücumda İngiltərənin əlinin olması realdır.
 
Bunu türkiyəli politoloq, Ankara-Moskva ekspert-analitik şəbəkəsinin aparıcı mütəxəssisi Engin Özər “RİA Novosti”yə müsahibəsində deyib.
 
“Bildiyiniz kimi, İstanbul danışıqlarında sülh sazişi ilə bağlı prinsipial razılıq əldə olundu, lakin daha sonra Ukrayna Böyük Britaniyanın o vaxtkı baş naziri Boris Consonun məsləhəti ilə danışıqlardan çəkildi.
 
Avropa Birliyinə üzv ölkələr İstanbul prosesini tam dəstəkləyiblər. Hazırda Aİ ölkələri müharibənin davam etdirilməsində London qədər maraqlı deyil”, - Engin Özer vurğulayıb.
 
Politoloqun sözlərinə görə, terror aktını çox güman ki, Ukrayna Silahlı Qüvvələrinin kiçik bir dəstəsi həyata keçirib və bu dəstə Böyük Britaniyanın xüsusi təyinatlı SAS bölməsinin əsgərləri tərəfindən koordinasiya edilib.
 
Bununla belə, Engein Özer rəsmi Londonun belə bir təxribatının ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli ilə bağlı təklif etdiyi layihəni dayandıracağına inanmır.
 
Ukrayna Silahlı Qüvvələrinin qaz kəmərinə hücumu yanvarın 11-də baş verib.
Link kopyalandı!
Son xəbərlər