Bizi sosial şəbəkələrdən izləyin:
Çinin cənub-qərbində, Nepalla sərhəddə yerləşən Tibet Muxtar Bölgəsində 4.9 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən məlumat verilib.
Bildirilib ki, yeraltı təkanların episentri təxminən 8 700 nəfər əhalisi olan Nepalın Lobuçe şəhərindən 83 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə qeydə alınıb.
Xəsarət alanlar və ya dağıntılar barədə hələki məlumat yoxdur.
Xatırladaq ki, yanvarın 7-də Çinin cənub-qərbində, Nepalla sərhədə yaxın Tibet Muxtar Bölgəsində 7.1 bal gücündə dağıdıcı zəlzələ baş verib. Təbii fəlakət qurbanlarının ümumi sayı 120 nəfəri ötüb.