İsrailin müharibə xəbərdarlığı: Türkiyə ilə gərginlik Üçüncü Dünya Müharibəsinə səbəb ola bilər?
Dünya
655
16:44, Bu gün

İsrailin müharibə xəbərdarlığı: Türkiyə ilə gərginlik Üçüncü Dünya Müharibəsinə səbəb ola bilər?

İsrail son  hesabatında  Türkiyə ilə mümkün müharibə riskinin olacağını qeyd edib. Hesabatda qeyd  edilib ki, Türkiyənin Osmanlı dövründəki təsir dairəsəni bərpa etmək istəyi İsraillə gərginlik yaratmaq potensialı yaradır. İsrail və Türkiyənin son günlər verdiyi bəyanatlar bir çox suallar doğurur.Türkiyə və İsrail arasında toqquşma ola bilərmi? Tərəflər arasında Suriya  daxilində savaş gercəkləşə bilərmi? Dünyanın ən güclü ordusu sıralarında yer alan Türkiyə və İsrail arasında gərginlik Üçüncü dünya müharibəsinə səbəb ola bilərmi?
Bu barədə Moderator.az-a danışan türkiyəli ekspert Yücel Karauz bildirib ki, Türkiyə ilə İsrail arasında münaqişə Üçüncü dünya müharibəsinin başlanmasına addım ola bilər. 
Onun sözlərinə görə, dünyada davam edən qarşıdurmalar onu deməyə əsas verir ki,  Üçüncü dünya müharibəsi başlayıb:
“Bu cəbhələrdən biri də Türkiyə-İsrail müharibəsi olacaq. Çünki artıq Türkiyə ilə İsrailin qarşıdurması dünyanın yenidən bölüşdürülməsində tərəflərin öz mövqelərini tutması, planlaşdırması və uyğunlaşdırması deməkdir. Lakin  yaxın vaxtlarda  Suriyada İsrail və Türkiyənin  hər hansı bir qarşıdurması gözlənilmir, amma risk həmişə var. Türkiyənin Osmanlı dövründə nüfuzunu bərpa etmək arzusu yoxdur. Türkiyə əvvəldən bu günə qədər Suriyanın ərazi bütövlüyünün qorunub saxlanmasının tərəfdarıdır. Türkiyənin məqsədi Suriyanın müstəqil bir dövlət kimi bir bayraq altında birləşməsidir. Türkiyənin öz ölkəsini genişləndirmək üçün heç bir siyasi planı yoxdur".
 
Ekspert diqqətə çatdırıb ki, İsrail yarandığı gündən  “Böyük  İsrail” layihəsini həyata keçirməyə çalışır:
“Türkiyəni  Osmanlı dövründə olan nüfuzunu bərpa etmək arzusu ilə  ittiham etmək düzgün deyil. Əsədin devrilməsində sonra ərazisini genişləndirən ölkə varsa, o da İsraildir. İsrail bölgədə  əraziləri işğal edir, su ehtiyatlarına nəzarət edir, silahını yerə qoymayan PKK ilə yaxınlıqda yerləşib". 
 
Türkiyəli ekspert vurğulayıb ki, Türkiyə dünyanın səkkizinci, NATO-nun üçüncü ən güclü ordusudur. Ona görə də Türkiyəni silahlı qrup kimi İsraillə müqayisə etmək çox yanlışdır:
“ İsrail silahlı qüvvələri müasir silahlı qüvvələrdir, lakin onlar müdafiə xarakterli silahlı qüvvələrdir və onların tarixi strukturunun çox hissəsi yoxdur. Zamanla Qəzzada  əldə etdiyi uğur da göz qabağındadır. Türkiyə ordusu isə güclü orduya sahibdir. Türkiyə Suriyanın ərazi bütövlüyünün tərəfdarıdır. O, Türkiyəyə məxsus Suriya torpaqlarının bütün xarici qüvvələr  tərəfindən boşaldılmasının tərəfdarıdır. Bunu hamı etməlidir, bundan başqa tələbimiz yoxdur”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər