Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ-ın Los-Anceles şəhərində başlayan meşə yanğınları güclü külək səbəbindən sürətlə yayılaraq Hollivud məşhurlarının yaşadığı dəbdəbəli ərazilərə də keçib. Bir çox məşhurun milyon dollarlıq malikanələri yanğında kül olarkən, bölgədə təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə qaldırılıb.
Türk məşhurların da üstünlük verdiyi bu prestijli bölgədə bir çox beynəlxalq miqyasda tanınan məşhurlar evlərini itirib.
Moderator.az bildirir ki, Musavat.com Türkiyə mətbuatına istinadən Los-Ancelesdə evləri yanan türk məşhurların siyahısını təqdim edib:
Aktyor Kenan İmirzalıoğlu
2015-ci ildə həyat yoldaşı Sinem Kobal ilə Los-Ancelesdə ev alan Kənan İmirzalıoğlu işinin çoxluğundan gedə bilmədiyi üçün evində dostları yaşayırdı.
Aktrisa Serenay Sarıkaya
2018-ci ildə Los-Ancelesdə 2+1 mənzil alan Serenay Sarıkaya sözügedən mənzil üçün 500 min dollardan çox pul ödəyib.
Aktyor Çağatay Ulusoy
2020-ci ildə Los-Ancelesdə restoran açan Ulusoyun bölgədən də ev aldığı məlum olub.
Aktrisa Beren Saat və müğənni Kenan Doğulu
Saat və Doğulunun evlərinin yerləşdiyi küçədəki digər villalar da külə dönüb.
Aktyor Tolgahan Sayışman
2015-ci ildə Los-Anceles Hermosa Beach-də 1 milyon 218 min lirəyə ev alan məşhur aktyor dövrün məzənnəsinə görə 430 min dollar ödəyib.