Bizi sosial şəbəkələrdən izləyin:
Efiopiyanın Baş naziri Abiy Əhməd birjanın yenidən fəaliyyətə başladığını elan edib.
Moderator.az xəbər verir ki, əvvəlki birja 1974-cü ildə bağlanıb.
"İqtisadi və maliyyə sektorumuz üçün tarixi bir mərhələ olaraq, biz rəsmən Efiopiya Fond Birjasını işə saldıq", - deyə Efiopiya lideri bildirib.
Onun sözlərinə görə, birjanın işi ölkənin maliyyə sistemini gücləndirəcək və iqtisadi inkişafa töhfə verəcək. Birja müəssisələrə, dövlət qurumlarına və şirkətlərə bir sıra maliyyə məhsulları və xidmətləri təklif edəcək, Efiopiya və xarici investorlar üçün platforma rolunu oynayacaq.
(TASS)