Bizi sosial şəbəkələrdən izləyin:
Xüsusi hərbi əməliyyat zonasında (Ukraynadakı döyüş bölgəsində – red.) ilk dəfə vurulan Türkiyənin “Kobra II” zirehli maşını partladıqda güclü yanğın olur.
Moderator.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu fikirləri ehtiyatda olan rus polkovnik və hərbi ekspert Anatoli Matviyçuk deyib.
“Kobra II” Türkiyə ordusunun zirehli maşınıdır. Dörd təkəri, gülləkeçirməz zirehləri var. 10 nəfərə qədər adam daşıyır. Mərmi və mina partlayışı zamanı içəridəki şəxsi heyəti qorumaq funksiyasına malikdir. Ukrayna onu Türkiyədən alır”, – deyə o bildirib.
Mütəxəssisin sözlərinə görə, Ukraynada bu zirehli texnikanın sayı barədə dəqiq məlumat yoxdur.
Qeyd edək ki, bundan öncə Rusiya MN "Kobra II" döyüş maşınını vurduğunu açıqlamışdı.