Dünyanın ən təhlükəsiz ölkələri: Azərbaycan və Ermənistanın yeri ŞOK ETDİ
Dünya
952
18:57, Bu gün

Dünyanın ən təhlükəsiz ölkələri: Azərbaycan və Ermənistanın yeri ŞOK ETDİ

“Numbeo” şirkətinin 2025-ci il üçün təhlükəsizlik indeksinə görə, Ermənistan dünyanın ən təhlükəsiz 10 ölkəsi siyahısına daxil edilib.
 
Moderator.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
 
Nəşr bildirir ki, Ermənistan 77,9 balla 8-ci yerdədir (keçən il də eyni mövqedə idi):
 
“Beləliklə, Gürcüstan 21-ci (73,7 xal), Azərbaycan 33-cü (68,2 xal), Rusiya 51-ci (61,3 xal), Türkiyə 57-ci (58,8 xal), İran 93-cüdür (49,5 xal)”.
 
İlk sıralarda Tayvan (82,9 xal), Oman (81,7 xal), Man Adası (78,5 xal)  və Yaponiya (77,1 xal) yer alıb. Siyahıda Haiti 145-ci, Papua Yeni Qvineya 146-cı, Venesuela 147-ci yerdədir.
 
Diqqətçəkən məqam Ermənistan və Gürcüstanın daim iğtişaş və gərginliklər ocağı olmasına baxmayaraq, regionun ən təhlükəsiz ölkəsi Azərbaycanda öndə göstərilməsidir.
Link kopyalandı!
Son xəbərlər