Bizi sosial şəbəkələrdən izləyin:
İranda fəaliyyət göstərən uşaq bağçalarında xarici dil olaraq ingilis dilinin tədris edilməsinə qadağa qoyulub.
Bu barədə "Azad İran" məlumat yayıb.
Məlumata görə, Uşaq Təhsili üzrə Milli Təşkilatın rəhbəri Həmid Rza Şeyxül-İslam bağçalarda ingilis dilinin tədrisinin qadağan edildiyini açıqlayaraq deyib:
"Biz bu məsələyə nəzarət edib, lazımi xəbərdarlıqları edəcəyik".