Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ-nin Kaliforniya ştatında yanğına qırılan naqil səbəb ola bilər.
Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Ötən gün yayılan xəbərdə qeyd edilirdi ki, məftil "Eagle Rock Sylmar" elektrik ötürücü xəttinə qoşulmuş bir qüllədə tapılıb. Bu qüllə "Edison International" şirkətinə məxsusdur.
Agentliyin məlumatına görə, hazırda kabelin yanğınlar başlamazdan əvvəl və ya sonra zədələnməsi araşdırılır.
Xatırladaq ki, yanvarın 8-dən Los-Ancelesdə başlayan meşə yanğınlarında ölənlərin sayı artıq 16 nəfərə çatıb.