Bizi sosial şəbəkələrdən izləyin:
2022-ci ilin noyabrında baş prokuror Merrik Qarland tərəfindən Donald Trampa qarşı iki işə baxılması üçün təyin edilmiş xüsusi prokuror Cek Smit istefa verib.
Bu barədə "Axios" ABŞ Ədliyyə Nazirliyinə istinadən yazır.
Məlumata görə, Trampın seçkidə qələbəsi hər iki işin (seçkidə müdaxilə və məxfi sənədlərin düzgün saxlanmaması) gələcəyini riskə atıb. Ali Məhkəmənin toxunulmazlıqla bağlı qərarı artıq hər iki iş üzrə perspektivləri sarsıdıb.
Xatırladaq ki, Ali Məhkəmə keçən il Trampın vəzifədə etdiyi hərəkətlərə görə mühakimə olunmaqdan qismən toxunulmazlığa malik olduğuna dair qərar çıxarmışdı. Bununla belə, bu həftə federal apellyasiya məhkəməsi bildirib ki, Smitin Trampla bağlı araşdırmalarına dair yekun hesabatı seçilmiş prezidentin etirazlarına baxmayaraq yayımlana bilər.