Çində milli idman avtomobili buraxılacaq
Dünya
246
11:39, Bu gün

Çində milli idman avtomobili buraxılacaq

Çinin Sənaye və Ticarət Nazirliyinin açıq məlumat bazasında "Small Sports Car" startapının ikiqapılı avtomobilinin fotoları və texniki xüsusiyyətləri peyda olub.
 
Oxu.Az motor.ru-ya istinadən xəbər verir ki, kiçik sportkar SC01-in dizaynı 2022-ci ilin payızında nümayiş etdirilib və hazırda elektromobil seriyalı istehsala hazırdır.
 
Kupe ikimotorlu tamötürücülüdür (435 at gücü), çəkisi isə 1 365 kiloqramdır.
 
İstehsal versiyası SC01 prototipindən tamamilə yenidən işlənmiş aerodinamik kuzova malik olması ilə fərqlənir. Standart təkərlər 245/40 ZR18-dir.
 
Yeni modelin uzunluğu, eni və hündürlüyü müvafiq olaraq 4 106, 1 830 və 1 170 millimetr, təkər bazası isə 2 503 millimetrdir.
 
2022-ci ildə hədəf qiymət 300 min yuan (41 min dollar) olaraq təyin edilib. İndi bu, 100 kilovat-saatlıq akkumulyatora və 789 at gücünə malik tamötürücülü elektrik qurğusuna malik "Zeekr 001"in qiyməti ilə müqayisə edilə bilər.
Link kopyalandı!
Son xəbərlər